Blog

  • Zaur Kaşıyev
  • 25 iyun, 9:27
  • 0

Prosessorların (CPU-mərkəzi əməliyyat qurğusu) tarixi haqqında qısa bir məlumat.

Bu gün sizlərlə şəxsi kompyuterimizin əsas və əvəzedilməz hissəsi olan prosessorların (CPU-mərkəzi əməliyyat qurğusu) tarixi haqqında qısa bir məlumat bölüşəcəyik.Bir çoxlarınızın bildiyi kimi bu sahədə iki "Nəhəng" vendorun hegemonluğu nəzərə çarpır.Bunlar İntel və AMD koorperasiyalarıdır. Intel 4004 4-bit CPU 1971 ci ildə sözü gedən şirkət tərəfindən istehsal olunmuşdur.Bu həm də İntel Co.-nın ilk kommersiya məqsədli şəxsi kompyuterlər üçün nəzərdə tutulmuş mikroprosessoru idi.Şəxsi kompyuter istehsalı sahəsində inqilaba səbəb olmuş bu CPU-nun Chipinin dizaynı 1970 -ci il Aprel ayında başlandı.Prosessor ilk dəfə 1971 -ci il mart ayında Yaponiya şirkəti olan Busicom Corp.-a satıldı.CPU-nun maksimum işləmə tezliyi günümüzdəki rəqəmlərlə müqayisədə olduqca "cılız" qalsa da dövrünün ən yüksəktezlikli və müasir prosessoru sayılırdı.Günümüzdə CPU-ların işləmə tezliyi GHz-lərlə ölçüldüyü halda bu prosessorun tezliyi cəmi 740 kHz idi.Bəzi göstəricilərin limitli olmasına baxmayaraq İntel -4004 CPU kompyuter sənayesində dərin iz buraxdı və bu sahənin inkişafına böyük təkan verdi ..

Nihad Qasımov

Super.

(2) Comments

Tural Eyyubox5 days agoReply

AMD processorlarin qizmasi meni cox da qane elemir. En ideal cutluk Intel ve NVdia.

Leave a reply