Blog

  • Elbay Gulmammadli
  • 7iyul, 11:33
  • 0

Global Catalog nədir?

Hər active directory domaini özünə məxsus bir AD məlumatları bazasını saxlayır. Və bu məlumatar NTDS.dit adlı faylda saxlanılır və replikasiya yolu ilə digər domainlərə də çatdırılır. Domain içindəki hər hansı bir istifadəçi özünə verilmiş icazələr daxilində resurslaradan istifadə edə bilir. Bəs Forest içindəki başqa domain-lər vasa və onun da içində başqa bölümlərdən istifadə etmək lazım gələrsə necə olar? Belə hallarda Global catalog öz işini görməyə başlayar. Global catalog active directory üzərində olan bir servisdir. Bir Domain controller həmçinin global catalog rolunu oynayır. Tipik olaraq ilk domainin ilk domain controlleri eyni zamanda global cataloqdur. Global catalog - forest daxilində olan bütün tree-lər, onlar üzərində olan bütün domainlər və bütün domain controllerlərdəki obyektlərin oxunabilən bir kopyasını saxlayır. Sanki bütün active directory içindəki məlumatlar bir kənarda bir cataloq kimi saxlanılır. Deyəlim ki aptech.az adı altında bir forest var. Və onun da altında ofis.aptech.com , anbar.aptech.com və satis.aptech.com adları altında digər domainlər var. Əgər Global catalog olmazsa hər hansı istifadəçi haqqında məlumat və ya hər hansı obyekt məlumatı almaq üçün biz bütün domainlərdə bunu tək tək axtarmalıyıq. Və bu da bizə daha çox vaxt itkisinə gətirib çıxarar. Lakin Global cataloq olduğu təqdirdə bütün forest daxilindəki domainlər haqqında məlumatın oxuna bilən kopyası bu cataloqda yerləşir. Və biz sorğu göndərən zaman birbaşa axtardığımız məlumatı əldə edirik. Sanki bir kitabın mündəricatı kimi. Hər bir domain üzərində minimum 1 ədəd global cataloq olmalıdır. Qlobal Kataloq istifadəçi qruplarının hansı universal qruplarda olduğunu müəyyən edir. Hər hansı yeni bir DC-ni global cataloq etmək lazım gələrsə Active directory users and computers daxil olub həmin domain controller kompyuterini tapıb onun üzərindəki NTDS ayarlarından global cataloq seçimini işarələmək yetərlidir. ..

Emil Muradov

Maraqlıdır.

(2) Comments

Zeynal İT33 days agoReply

Bəs bu server 2008 lərdə də eyni prosedurla olur?.

Leave a reply