Blog

  • Elbey Gulmemmedli
  • 24iyul,11:52
  • 2

Access Based Enumeration nədir?

Windows Fayl server üçün istifadə olunan əlavə bir güvənlik tədbiridir. Normalda deyəlim ki fayl serverimizdə 3 ədəd paylaşımda olan qovluq var. Bizim isə bunlardan yalnız 1 nə girmək üçün icazəmiz var. Digər 2 qovluğa girmək istədiyimizdə isə giriş icazəmizin olmadığına dair bir bildiriş alırıq. Böyük şəbəkələrdə və böyük şirkətlərdə insanların bu şəkildə icazələri olmayan qovluqları görmələri və onlara giriş icazələrinin olmadığı təqdirdə vaxt itirmələrinə gətirib çıxarır. Üstəlik deyılim ki burda 1 ədəd qovluq yox 100 ədəd qovluqdan söhbət gedirsə iş daha da çətinləşməyə başlayır. Əlavə olaraq qovluğu tapmaq və s. kimi zaman itkisi. Bu şəkildə problemlərin qarşısını almaq üçün file server üzərində Access Based Enumeration xüsusiyyətini aktiv etməklə bu problemi həll etmək olar. Belə ki bu özellik aktiv olunduqda istifadəçilər neçə ədəd icazəli qovluqları varsa yalnız onları görürlər. 100 qovluq içində 3 ədəd icazəli qovluq varsa yalnız 3-ünü görürlər. Beləcə də izinsiz qovluqlar gizlədilir. Bu həm təhlükəsizlik baxımından həm də rahatlıq baxımından çox faydalı bir xüsusiyyətdir. Əgər security icəzələrini düzgün şəkildə vermisinizsə Server Manager üzərində paylaşımda olan qovluğu tapıb onun propertieslərinin içindən Enable Acces Based Enumeration özəlliyinə bir tık qoymanız yetərlidir.

File Manager Shares

.

Acces Based Enumeration

.

(2) Comments

Leave a reply