Blog

  • Elbəy Gülməmmədli
  • 12 Oktyabr, 12:41
  • 0

Təhlükəsiz şifrələr necə yaradılmalıdır?

password

Salam dostlar. Bu gün biz güvənli şifrələr haqqında danışacağıq. İnternet və texnologiyanın həyatımıza tətbiqi ilə istifadə etdiyimiz şifrələrin sayı artmağa başladı. Təhlükəsizlik kodları, proqram parolları, kredit kartı parolları, pin kodları, e-poçt hesabı parolları, debet parolları kimi parollar indi hər yerdə tələb olunur.Bizim indiki məqaləmiz də etibarlı parolları yaratmaq haqqındadır. Yeni nəsil verilənlər bazasında məlumatlar şifrələndiyindən, şifrələr sizdən başqa heç kim tərəfindən tanına, izlənə və baxıla bilməz. Parol unudularsa belə, sistem müvəqqəti parol təyin etməklə şifrələri yeniləyə bilər. Buna görə də şifrələrin məsuliyyətini özünüz daşıyacaqsınız. Şifrə yaradarkən ümumiyyətlə aşağıdakı maddələrə diqqət yetirmək lazımdır. Əlavə məlumatlar təhlükəsizlik səviyyələri bölməsində verilmişdir. Sizə göndərilən müvəqqəti parolları istifadə etməyin və dərhal dəyişdirin. Ən azı 6 simvoldan ibarət olan bir şifrə yaradın. Hərflər,rəqəmlər və simvollardan istifadə etməyə çalışın. Sizə özəl olan ad, soyad, telefon nömrəsi kimi məlumatlardan istifadə etməyin. Şifrənizdə sözlərdən istifadə etmək istəyirsinizsə onu fərqli şəkillərdə yazın. Məsələn: menimsifrem yerine Men!m5ifr3m kimi istifadə edin. Kompüterdə çox önəmli bir parol yaradırsınızsa, virtual klaviatura istifadə edərək onları daxil edə bilərsiniz. Klaviaturadan basılmış düymələri qəbul edə biləcək çox sayda zərərli proqram var. Bütün şifrələrinizi mürəkkəb və çox atribrlu olaraq təyin etməyinizə gərək yoxdur. Şifrələrinizi istifadə edəcəyiniz yerə əsasən təhlükəsizlik səviyyələrini təyin edib qruplaşdıra və sadələşdirə bilərsiniz.

Üç təhlükəsizlik səviyyəsi aşağıda qeyd edilmişdir.

Təhlükəsizlik səviyyəsi - 1 (Kiçik).

Forum saytları, müvəqqəti hesablar, qonaq giriş hesabları, bu qrupa daxil olur. Hansı ki gün ərzində tez tez istifadə edirsiniz və hətta o şifrələri itirsəniz belə problem yaşamayacağınız bir şifrə qrupudur. Hətta bu tip hesablar üçün bir şifrə təyin edib və hər birində istifadə edə bilərsiniz.

Misal 1: *101#

Misal 2: dx2024 (Yalnız hərflər və nömrələrə)

Misal 3: 81580 (yalnız nömrələrlə)

Təhlükəsizlik səviyyəsi - 2 (vacib)

Kompüterinizə giriş, e-poçt hesabı, sosial şəbəkələr (Facebook,Linkedn,twitter) kimi şəxsi və vacib məlumatları tutan sistemlər bu qrupa daxil olur. Bu sistemlər üçün ayrı-ayrı şifrələr yaradın. Minimal olaraq 6-8 (və yaxud daha çox) simvoldan ibarət şifrələr yarada bilərsiniz. Məsələn şifrənizi rayonunuzla bağlı qurursunuzsa deyəlimki Göyçay olsun. Göyçay rayonu ilə məsələn 23 avtomobil qeydiyat nömrəsi və 020 şəhər koduna uyğunlaşdıra bilərsiniz.

Misal 1: Goy23*cay020 (simvollar daxil)

Misal 1: Goy23Cay020Tel (Yalnız hərf və rəqəmlərdən ibarətdir)

Təhlükəsizlik səviyyəsi - 3 (Çox vacib)

Elektron pul, internet bankçılığı kimi pulunuz və ya çox vacib məlumatınızı saxlayan sistemlər üçün təhlükəsiz şifrə qrupudur. Bu kimi sistemləriniz çox olmayacağından onlar üçün daha etibarlı şifrələr yaradın. Ən azı 8 simvoldan və mənasız ifadələrdən ibarət olduğundan əmin olun. Hərflər, rəqəmlər və digər simvolları birlikdə istifadə edin. Bəzi sistemlər varki yalnız nömrələrlə şifrə yaratmağınızı istəyirlər. Şifrənizi qarışıq və mənasız və mümkün qədər uzun saxlamağa çalışın. Hərfləri istifadə edərkən kiçik və böyük hərflərdən birlikdə istifadə edin. Şifrələr kiçik və böyük hərflərə həssas olduqları üçün bu metod təhlükəsizliyinizi daha da artıracaqdır.

Misal 1: aR3*Pe!90 =1 (bütün simvoldan ibarət şifrə)

Misal 2: le98OR42wWw1 (Yalnız hərflər və nömrələr tələb edilərsə)

Misal 3: 221001003987 (Yalnız nömrə tələb edilərsə)

Şifrələr bəzən unudulur. Bunun üçün şifrələri yadda saxlamaq üçün bəzi proqramlar mövcuddur. Bu kimi proqramlardan istifadə zamanı yalnız və yalnız 1ci və 2ci səviyyə Təhlükəsizliyi daxil edin. Təhlükəsizlik səviyyəsi 3 –də bildirdiyimiz hallar üçün bu proqramlardan istifadə etmək önərilmir. Bir vərəqdə şifrənizi qeyd edib , evinizin bir kənarında saxlaya bilərsiniz. (Kompyuter və yaxud telefonunuzda hər hansı şəklin adını dəyişib o şifrənizi ora yaza bilərsiniz. Bunu təxmin etmək asan olmayacaq)

.

(0) Comments

Leave a reply