Blog

  • Elbəy Gülməmmədli
  • 29 Noyabr, 12:41
  • 0

Microsoft Windows Admin Center

Windows admin center

Windows Admin Center serverlərinizi , cluster və hyper-v coverged mühitlərinizi hətta windows 10 kompyuterlərinizi idarə etmık üçün microsoft tərəfindən təqdim olunan web üzərindən işləyən bir proqramdır. WAC ilə MMC konsolun üzərində görə biləcəyiniz hər nöqtəni web üzərindən daha geniş bir şəkildə görə bilərsiniz. Demək olar ki hər bir incəliklərə qədər düşünülmüş bir web platformadır..

Windows Server 2019 ilə birlikdə gələn bu özəllik üçün etməniz lazım olan şey Microsoft Windows Admin Center adresindən windows admin centeri yükləyib sadə bir install ilə istifadə etməkdir.

Windows admin center ilk bağlantıda + add edərək serverlərinizi əlavə etməkdir.Default olaraq 6516 portu üzərindən serverlərinizə bağlanıb baxa bilərsiniz.

WAC-in üzərində hansı menyular var və nə işləri görmək olar?

Əsas görünüş.

Server və kompyuterlərinizə WAC üzərindən ilk dəfə bağlananda CPU, Ram, HDD ,OS, hostname , network və bir çox məlumatlar qarşımıza çıxır. Kompyuter və serverlərinizi Windows admin center üzərindən söndürə, Restart edə bilərsiniz.

Certificates

Bu bölümdə adından bəlli olduğu kimi sisteminizdə olan sertifikatlar haqqında məlumat verir. Bitmiş və ya yaxın zamanda müddəti bitəcək sertifikatları və daha geniş məlumatları əks eləyir.

Events

Bu bölmədə bütün loglar haqqında məlumatlar görüntülənir

Firewall

Qaydalara baxış keçirmək, incoming və outgoing rules tətbiqi və ya Firewall'u söndürə, yandıra və ya qaydaları təyin edə bilərsiniz.

Local users and groups

Local istifadəçilərinizi bu menyudan idarə edə bilərsiniz. Yeni istifadəçilər yarada və ya mövcud istifadəçiləri silə və lazımi dəyişikliklər edə bilərsiniz.

Powershell

Ən önəmli modullardan biri olan bu modul ilə, serverinizdə PowerShell ilə işləməyinizə imkan verən menyudur. PowerShell ilə serverə daxil olduqdan sonra hər bir əməliyyatı gerçəkləşdirə bilərsiniz.

Processes

Task managerdə gördüyünüz bütün təfərrüatları görə bilərsiniz. Nə qədər resurs istifadə etdiyini və sisteminizdə gedən prosesləri görə bilərsiniz.

Registry

Standart olaraq regedit yazıb daxil olduğumuz bu menyu ilə sistemdə lazımi dəyişikliklər etmək mümkündür.

Remote desktop

Mövcud menyularla işinizi həll edə bilmirsinizsə, "Windows Admin Center" uzaqdan masaüstü bağlantısı (Remote dekstop) təmin edərək tətbiqdən çıxmadan əməliyyatlarınızı həll etmək imkanı verir.

Backup

Azure backup ilə birləşdirilmiş bu xüsusiyyət serverinizi azure-da yedəkləməyə imkan verir.

Roles and Features

Serveriniz üzərində yüklü olan yada yükləmək üçün hazır olan bütün role and featureları göstərir. Bu hissədən role and feature-ları yükləyə bilər və ya yüklü olan role and featureları silə bilərsiniz.

Windows Admin center-in istifadə rahatlıqlarını, verdiyi menyuları sizinlə bölüşmək istədik. WAC vasitəsi ilə IIS və AD DS kimi rolların istifadəsi hələlik mövcud deyil. Başqa bir çatışmazlığı da Linux sistemlərini hələlik dəstəkləməməsidir.

Dəstəklənən əməliyyat sistemləri;

Windows 10, versiya 1709 və ya daha yeni

Windows Server Semi-Annual Channel

Windows Server 2016 Gateway rejimi

Windows Server 2019 Gateway rejimi

.

(0) Comments

Leave a reply