Blog

  • Ayşən Nəbizadə
  • 04 Mart 2020, 10:45
  • 0

Disklər və Volum-lar

google

Disklər və Volume

Basic Disk - standart istifadə etdiyimiz disklərdir. partitionlara bölünür və Windowsun əvvəlki versiyalarında istifadə olunur. Basic diski məlumat itmədən dinamik diskə çevirmək olur. Basic Disklərdə aşağıdakılar perform olunur:

Partitionların formatı

Partitionların aktiv kimi qeyd olunması

Primary və extended partitionların create və delete olunması

Logical disklərin create və delete olunması

Dynamic Disk

Raid qurulması zamanı vacib olan disk növüdür. Dynamic disk Volume bölünür və Windows Server 2000 və daha yeni növlərdə istifadə olunur. Dynamicdən basicə birbaşa çevirmək olmur. Gərək backup alıb, bütün volume+ silib, sonra çevirəsən.

Volume Types: Simple, Spanned, Striped, Mirrored, RAİD 5

Non-fault tolerant: Simple, Spanned, Striped

Fault tolerant: Mirrored, RAİD 5

Əvvəllər basic diskə partition deyilirdi, indi isə bu anlayış yerinə volume gəldi. Basic disklərdə max. 4 ədəd və ya 3+1 hissəli simple volume yarada bilərik. Yəni 4 dənə simple volume və ya 3 simple + 1 extended volume istifadə edə bilərik. (İmtahan sualı)

Simple Volume - sadə bir volume-dur. Basic disk üzərində yaranır.

Spanned Volume - minimum 2 disk, maximum 32 disk birləşdirir. Özəlliyi budur ki, 1-dən artıq diski birləşdirib, tək disk halına gətirir. İnformasiya tək bir diskə yazıldığından performans yaxşıdır. Lakin fault-tolerant yoxdur. Yəni, disklərimizdən biri sıradan çıxarsa, bütün data silinir. RAİD0 prinsipi yəni. Məsələn, əlimizdə 3 dənə fiziki HDD var. 25-55-220 GB ölçüdə. Bunları birləşdirəndə 300 GB-lıq bir disk olur. Və digər bir misal, 40-50-10 GB-lıq 3 dənə disk var və biz 80 GB-lıq disk istəyiriksə, hərəsindən lazımı yaddaş götürüb,80 GB-lıq disk yaradırıq.

Striped Volume - minimum 2 disk, maximum 32 disk dəstəkləyir. İnformasiya eyni anda bütün disklərə yazılır. Fault-tolerance yoxdur. Yəni, disklərimizdən biri sıradan çıxarsa, bütün data silinir. Spannedden fərqi budur ki, burada deyək ki, 3 dənə diskimiz var, 600 GB-lıq fayl buraya bərabər ( 200-200-200) yazılır. Ən üstün cəhətlərindən biri budur ki, daha sürətli yazma və oxuma var. Mənfisi budur ki, istifadə olunacaq HDD-lərin hamısı eyni yaddaşda olmalı. Məsələn, əlimizdə 3 dənə fiziki HDD var. 60-85-90 GB ölçüdə. Striped Volume etmək istəsək, burada minimum yaddaş, yəni 60 GB əsas olaraq, toplamda 180 GB bir HDD qurulacaq.

Mirrored Volume - 2 diskdən istifadə olunur. Mirror, yəni güzgü prinsipi. Birinə yazılan digərinə də yazılır. Fault-tolerance var. Biri sıradan çıxsa, digəri işi yerinə yetirəcək. Müsbət tərəfləri bunlardır. Mənfisi isə budur ki, yalnız 2 disk var. RAİD 1 prinsipi.

.

(0) Comments

Leave a reply