Blog

  • Zaur Kaşıyev
  • 15 iyun, 17:21
  • 2

"Ağır Excel" üçün hansı laptopu və ya paramterlərə üstünlük verməliyik?

Budəfəki məqaləmizdə ağır Excel əməliyyatları həyata keçirən və daim Excel ilə məşğul olan insanların maraq dairəsinə aid olan bir mövzuya toxunuruq :) Bİldiyimiz kimi Microsoft Excel Office proqramı yalnız cədvəllərdən deyil, çoxfunksiyalı əməliyyat və macroslardan ibarətdir. İş şəraitində bu cür əməliyyatlar həyata keçirən əməkdaşlar tez-tez kompyuterin donmasından və cəmi bir neçə əməliyyatı saatlarla ləng şəkildə yerinə yetirilməsindən şikayətlənirlər.Yaranmış xoşagəlməz situasiya düzgün kompyuter və ya tam olaraq kompyuterin düzgün parametrlərinin seçilməməsindən qaynaqlanır.Bəs "Ağır Excel" üçün hansı laptopu və ya paramterlərə üstünlük verməliyik ? Əgər siz çoxfunksiyalı,irihəcmli Excel fayllarla işləyirsinizsə siz ən azı 4 nüvəli processora ehtiyac duyursunuz. 4 nüvəli İntel Core i5 (HQ) processoru sizin üçün qənaətbəxş ola bilər, lakin 4 nüvəli i7 processoru (HQ) bu işdə sizin üçün idealdır.Nəzərə alsaq ki bu proscessorun Hyper Threading funksiyası var ki, bu da Excel hesablamalarda daha "rahat" olması üçün şərait yaradır 🤩 İrihəcmli Excel faylları sizdən eyni zamanda daha çox RAM(əməli yaddaş) tələb edir.16 və ya 32 GB Ram işinizi xeyli rahatlaşdıracaq.Yadda saxlamaq lazımdır ki daha az RAM daha uzun əməliyyat müddəti deməkdir. Əməliyyat sisteminin yeni nəsil olması və işlədiyiniz faylların həcminin böyüklüyü eyni zamanda sizdən HDD yox SSD tələb edir.SSD ilə Excelin istifadəsi sizin əsəblərinizin də qorunmasını təmin edəcək 🙃 Odur ki,daimi Excel istifadəçisinizsə Laptop və ya PC seçərkən onun Yaddaş həcmi və Graphic Card-ın həcmindən daha çox yuxarıdakı parametrlərə üstünlük verməyiniz məsləhətlidir .

Tural Ismayilov

men her zaman 365 uzerinden online isleyirem problemsiz.

(2) Comments

Joe Doe2 min agoReply

N purus in mollis nunc sed. Nunc non blandit massa enim nec.

Leave a reply