Blog

  • Zaur Kaşıyev
  • 9 iyun, 15:35
  • 1

Əməliyyat sisteminin yenilənməsi

Hər vaxtınız xeyir Hörmətli istifadəçilər :) Öncəki paylaşımlarımızda sizinlə Windows 10 Əməliyyat sisteminin yeni -1903 Yenilənməsinin yayımlandığını bölüşmüşdük.Bəs bu Yenilənmələri kompyuterinizdə tətbiq etmək nə üçün və hansı dərəcədə vacibdir ? 😴 Aylıq və ya illik yenilənmələr özündə Security-yəni təhlükəsizlik patchlarını birləşdirir.Bu yenilənmələr də özündə Kritik və Vacib kateqoriyalarına bölünür ki , bunlardan Kritik yenilənməni həyata keçirtmək həqiqətən sizin şəxsi kompyuteriniz üçün böyük əhəmiyyət daşıyır."Köhnə" əməliyyat sisteminin (Məsələn : Windows Xp , Windows 7 ) və ya mövcud əməliyyat sisteminin əvvəlki buraxılışlarının istifadəsi sizin və fayllarınızın təhlükəsizliyini risk altına salır.Windows təhlükəsizlik sisteminin və tətbiqetməsinin güncəllənməməsi Əməliyyat sisteminizi və həyati əhəmiyyət daşıyan fayllarınızı daima təhdid atlında saxlayır.🥶 Məsələyə digər tərəfdən yanaşsaq bu "Update"lər mövcud Əməliyyat sisteminizin tərkib hissəsi olan sürücülərin (driver) və Microsoft tətbiqetmələrinin daha dolğun, yeni və effektiv,eyni zamanda vizual cəhətdən daha gözoxşayan və cəlbedici olmasına şərait yaradır. Microsoft şirkəti bu yenilənmə paketləri ilə Əməliyyat sisteminin hazırki versiyasında olan sistem-proqram xətalarını və istifadəçilər tərəfindən aşkar edilərək Microsofta məlumat verilən digər xətaların da aradan qaldırılması istiqamətində köklü dəyişikliklər edir.🤓 İnanırıq ki,bu məqalədə bacardığımız qədər sizə Up-to-date (Ən son) Əməliyyat sisteminin istifadəsi və yenilənmələrin vacibliyi haqqında məlumat verə bildik

Samir Askerov

Men hemise Updateleri baglayiram. Bezdirir meni.

(2) Comments

Joe Doe2 min agoReply

Nec feugiat nisl pretium fusce id velit ut tortor pretium. Nisl purus in mollis nunc sed. Nunc non blandit massa enim nec.

Leave a reply