Blog

  • Zaur Kaşıyev
  • 1 iyun 14:44
  • 8

SSD yaddaş qurğusunun növləri haqqında məlumat

Oxucuların istək və rəylərini nəzərə alaraq bu gün sizinlə qısa da olsa SSD yaddaş qurğusunun növləri haqqında məlumat bölüşmək qərarına gəldik :) Ana plataya qoşulma tiplərinə görə bir neçə SSD növləri vardır: Bunlar SATA, PCIe, M.2, U.2, mSATA, SATA Express və son nəsil kompyuterlərin komplektasiyasına daxil olan anaplataya lehimlənmiş (el arasında "payka olunmuş" ) SSD lərdir. Bunlardan ən çox istifadə olunanı SATA və M.2 SATA interfeysi ilə qoşulanlardır. SATA connectorlu SSD lər köhnə kompyuterinizə "ikinci nəfəs" vermək üçün ideal seçimdir :) Əlbəttə bir çoxlarınız HDD ilə Windows 10 istifadə edirsinizsə şikayətlərinizi təxmin etmək o qədər də çətin deyil 😅 Əsəblərinizi qorumaq və vaxtınıza qənaət eləmək üçün sadə bir çıxış yolu var - SATA Connectorlu SSD lər məhz sizin üçündür ! Bunun üçün HDD-nizi SSD yə klonlaşdırıb onların yerini fiziki olaraq dəyişə və ya birdəfəlik HDD-dan "canınızı qurtarıb" yeni Əməliyyat sistemi,yeni softlarla kompyuterinizi "klinik ölümdən" geri qaytara bilərsiniz :D Nəticə isə inanılmaz dərəcədə fantastik olacaq -10 dəfə sürətli ! Bəli bir öncəki məqaləmizdə HDD ilə SSD arasındakı sürət fərqini müqayisə eləmişdik . Bu dəyişim ilə siz köhnə kompyuterinizi daha 2-3 il müddətində rahatlıqla istifadə edə biləcəksiniz :) Daha sonrakı mövzularda SSD nin daha müasir U.2 və M.2 SATA interfeysli növlərinə də toxunacayıq. Ümid edirik ki bu məlumatlar sizlər üçün faydalı oldu.Oxuduğunuz üçün təşəkkürümüzü bildiririk 😊..

Nihad Qasımov

Mende HDD 4 ildi onu istifade edirem lakin windows 7 ile. hele problem yasamamisam. ama donmalar cox olur.

(2) Comments

Joe Doe2 min agoReply

Nec feugiat nisl pretium fusce id velit ut tortor pretium. Nisl purus in mollis nunc sed. Nunc non blandit massa enim nec.

Leave a reply