Blog

  • Zaur Kaşıyev
  • 1 iyun 14:44
  • 8

HDD-nı neyləyim ? Zibil qutusuna atım ?

Standart HDD ( Hard Disk Drive ) illərdir həm laptop, həm də stolüstü kompyuterlər üçün birmənalı şəkildə qəbul edilmiş - Dominant yaddaş qurğusu cihazı idi. Əsas üstünlüyü isə daha az qiymətə daha çox yaddaş əldə etmək imkanıdır. SSD ( Solid State Drive ) Hdd ilə rahat əvəzlənə bilən digər yaddaş qurğusu ekvalentidir. Sadəcə bir neçə müqayisələr aparmaqla SSD-nin HDD-ilə mübarizədə şübhəsiz üstün olduğu qənaətinə gələ bilərik : 1.SSD-nin müəyyən məlumata sorğu göndərmək müddəti 35-100 millisaniyə olduğu halda,HDD-da bu göstərici demək olar ki , 100 dəfə gec , 5000-10000 millisaniyə dir. 2.SSD - demək olar ki 1 detaldan ibarət olması,Flash yaddaş qurğusu prinsipi ilə işləməsi onun performansını və ömrünü yüksəldir. HDD isə bir neçə detaldan və maqnetik disklərdən ibarət olduğu üçün zaman keçdikcə sürəti zəifləyir və detalları sıradan çıxa bilir. 3.Yuxarıdakı bənddən çıxan nəticəyə əsasən SSD heç bir səs çıxarmır və işlək vəziyyətdə olduqda tam "sakitliyini" qoruyur :) HDD hissələri məlumatın ötürülmə sürətindən asılı olaraq "səs-küy" yarada bilər :) 4.SSD daha az enerji xərclədiyi üçün sizin laptopun batareya ömrünü daha çox qoruyur. HDD haqqında isə bunları demək çətin olacaq :( Bu müqayisəni daha da genişləndirə bilərdik. Lakin inanırıq ki , bu məlumatlar sizə SSD vs HDD fərqini kifayət qədər izah etdi və siz tezliklə öz şəxsi kompyuterinizdə SSD istifadə etməyə başlayacaqsınız :) Bununla da siz "ləng işləyir,yenisi lazımdır" dediyiniz şəxsi kompyuterinizin əslində elə də köhnə olmadığının və sizə daha tez cavab verə bildiyinin şahidi olacaqsınız 🤩 HDD-nı neyləyim ? Zibil qutusuna atım ? mı deyə fikirləşməyin.O yenə də sizin yaddaş qurğunuz kimi məlumatların saxlanması üçün istifadə oluna bilər :).

Klicka

Ela meqaledir.

(2) Comments

Joe Doe2 min agoReply

Nec feugiat nisl pretium fusce id velit ut tortor pretium. Nisl purus in mollis nunc sed. Nunc non blandit massa enim nec.

Leave a reply